“Xatirə olacaq səhnələr” adlı sərgi təşkil olunur

13 İyun 2025 19:20

"Xatirə olacaq səhnələr" adlı sərgi təşkil olunur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı,
Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Xatirə olacaq səhnələr" adlı sərgi təşkil olunur. Azyaşlıları şüuraltı fantaziyaları ilə çəkdiyi təsvirləri sərgiləməyə dəvət edirik.

Məqsəd uşaqların kollektiv sosiallaşmalarına xidmət, həmçinin, valideynlərin onları qalereya və muzey tipli maarifləndirici məkanlara aparmalarına təşviq etməkdən ibarətdir.

Yaş həddi: 8 yaşa qədər.

İnformasiya dəstəyi: Trend, Day.Az, Milli.Az