Bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq

13 İyun 2025 18:07

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 14-16 iyun 2025-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində yol təmir işləri aparılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, təmir işləri aşağıdakı ünvanlarda aparılacaq:

Səbail rayonu - Badamdar şosesi, Binəqədi rayonu - Mehdiabad-Binəqədi-Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu - Ziya Bünyadov prospekti Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu - Babək prospekti 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu - Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu - R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsi.

Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaqdır.Xahiş edirik, hərəkətinizi əvvəlcədən planlayasınız və təmir işləri aparılan ərzilərdə müvəqqəti dəyişiklikləri nəzərə alasınız.

Milli.Az