Ermənistanın sabiq baş naziri saxlanıldı

14 İyun 2025 14:57

Ermənistanın keçmiş baş naziri Ovik Abramyan saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Abramyan çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Hazırda onun evində axtarış aparılır.

Qeyd edək ki, ona qarşı ittihamlar 2023-cü ilin aprelində irəli sürülüb. İstintaqa görə, Abramyan 2008-2015-ci illərdə sövdələşmələr yolu ilə 230,4 milyon dram (təxminən 590 min dollar) gəlir əldə edib.

Ovik Abramyan 2014-2016-cı illərdə baş nazir, 2012-2014-cü illərdə isə parlament sədri olub.

Asya
Milli.Az