Netanyahu: "İstəyimizə çatdıq"

13 İyun 2025 17:24

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı başladılan hərbi əməliyyatların ilk mərhələsinin uğurla keçdiyini bildirib.

Milli.Az xəbər verir ki, Netanyahu əməliyyatların İsrailə yönəlmiş təhlükəni aradan qaldırmaq üçün həyata keçirildiyini və lazım gəldikcə davam etdiriləcəyini vurğulayıb:

"İlk hava hücumları ilə istədiklərimizə nail olduq. Tanrının köməyi ilə bütün məqsədlərə çatacağıq", - deyə o qeyd edib.

İsrailin müdafiə naziri İsrael Katz isə əməliyyatı "dövlət və yəhudi xalqı üçün həlledici an" adlandırıb. O bildirib ki, İranın nüvə proqramının qarşısının alınması əsas prioritetdir və əgər bu fürsət qaçırılarsa, Tehranın nüvə silahı əldə etməsinə maneə qalmaz.

Asya
Milli.Az