İran Prezidenti Məsud Pezeşkian ilk dəfə İsrailin zərbələrinə reaksiya verib.
Milli.Az xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib.
"Hücum baş verən kimi prezident və hökumət komandası vəziyyətə yerində nəzarət olunmasını öz üzərinə götürüb və bununla bağlı hökumət şurasının təcili iclası keçirilib. Tezliklə xalqa müraciət edəcəyəm. Allahın köməyi ilə sionist rejim bu gün etdiyi əməllərdən peşman olacaq", - deyə Məsud Pezeşkian paylaşımda bildirib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.
Milli.Az