İsraildə təhsil müəssisələri fəaliyyətini dayandırdı

13 İyun 2025 14:43

İsrailin Daxili Qoşunlar Komandanlığının təlimatlarına əsasən, ölkədə bütün təhsil fəaliyyəti dayandırılıb. 

Milli.Az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. 

Bildirilib ki, İranın mümkün cavabı ilə əlaqədar toplantılara və vacib olmayan iş yerlərinə getməyə icazə verilmir. Təlimatlara görə, bu gün keçirilməsi planlaşdırılan Təl-Əviv Qürur Paradı ləğv edilib. Səhiyyə Nazirliyi xəstəxanalarda iş rejimini ən yüksək səviyyəyə qaldırıb və insanlardan təcili olmayan hallarda gəlməmələrini xahiş edib.

Milli.Az