İsrailin İrana hücumuna Trampdan REAKSİYA

13 İyun 2025 10:42

ABŞ prezidenti Donald Tramp İsrailin gecə saatlarında İrana endirdiyi hava hücumlarından sonra açıqlama verib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, hücumdan əvvəl məlumatlı olduğunu bildirərək, İranın cavab verməsi halında ABŞ-ın İsraili müdafiə edəcəyini deyib.

"İranın nüvə bombasına sahib olmasına imkan verə bilmərik. Ümid edirik ki, danışıqlar masasına qayıdacağıq. Amma əgər İran cavab verərsə, İsraili müdafiə edəcəyik", - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, İsrail ordusu bu gecə İranın bir neçə əyalətinə və paytaxt Tehrana hava zərbələri endirib. Nəticədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyin Salami həlak olub.

Nərmin
Milli.Az