"İranı vurduq, hazır olun" - Netanyahu

13 İyun 2025 09:23

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edərək, İranın yüksək səviyyəli nüvə proqramı rəhbərləri və alimlərinin İsrail tərəfindən hədəfə alındığını bəyan edib.

Milli.Az xəbər verir ki, o, bölgədəki gərgin vəziyyəti nəzərə alaraq, vətəndaşları mümkün təhlükələrə qarşı hazırlıqlı olmağa çağırıb.

Netanyahu israillilərə müraciətində bildirib:

"Xalqımızdan hərbi komandanlığın bütün göstərişlərinə ciddi şəkildə əməl etmələrini xahiş edirəm. Sığınacaqlarda qalmaq ehtimalı realdır. Güman edirəm ki, artıq yemək, geyim və digər vacib ehtiyatlarınızı toplamısınız".

Kənan
Milli.Az