Şəmistanın həmin ifası türk serialında - VİDEO

12 İyun 2025 13:08

Türkiyənin "TRT 1" kanalında yayımlanan "Mehmed: Fetihlər Sultanı" serialının sezon finalında Azərbaycanın sevilən ifaçısı Şəmistan Əlizamanlının mahnısı səsləndirilib.

Milli.Az xəbər verir ki, serialın final hissəsində "Çandarlı Halil Paşa"nın edam səhnəsinə Şəmistanın "Salam, dar ağacı" mahnısı səsləndirilərək bölümə yekun vurulub.

Qeyd edək ki, sözügedən bəstə azərbaycanlı şair Rüstəm Behrudiyə məxsusdur.

Bölümdən həmin hissəni təqdim edirik:

Milli.Az