Salyanda fermada güclü yanğın - 33 inək tələf oldu

12 İyun 2025 10:40

Salyan rayonunda güclü yanğın olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qardili kəndi ərazisində Eyyub Şikarova məxsus ümumi sahəsi 300 m² olan fermada baş verib.

Yanğın nəticəsində fermanın yanar konstruksiyaları, 7 ton ot bağlaması və 33 baş inək yanaraq tələf olub.

Milli.Az