"Qalatasaray" transferə doymur: indi də "Çelsi"nin ulduzuna GÖZ DİKDİ: 30 milyon avro...

12 İyun 2025 10:53

"Qalatasaray" daha bir ulduzu transfer etməyə hazırlaşır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələcək mövsüm üçün heyətini quran "sarı-qırmızılılar" Leroy Sanenin transferində uğur qazandıqdan sonra işlərini sürətləndirib.

"Cim-bom" "Çelsi"nin ulduz futbolçusu ilə bağlı danışıqlara başlayıb.

Keçən mövsümü icarə əsasında Fransa Liqa 1 təmsilçilərindən "Strasburq" klubunda keçirən 25 yaşlı qapıçı Petroviç çıxış etdiyi 31 rəsmi oyunda qapısında 38 qol görüb, 10 oyunda isə qapısını toxunulmaz saxlayıb.

Tural
Milli.Az