Xoşqədəm atasının vəsiyyətini açıqladı

11 İyun 2025 23:29

Aparıcı Xoşqədəm Hidayətqızı atası Hidayət Baxşəliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb. 

Milli.Az xəbər verir ki, "Səni axtarıram" proqramında atasından danışan aparıcı kövrəlib:

"54 günün içində səni dünyalar qədər sevən, təmənnasız sevgi verən, nəfəsin, həyatına aid olan iki insanı itirmək çətin idi. Atam ölümündən əvvəl son 3 gündə ağrılarını belə bildirmədi. Atam nə qədər adil, vicdanlı insan olub. Biz ona borcluyuq".

Xoşqədəm atasının vəsiyyətindən danışıb:

"Atam dedi ki, səni and verirəm ananın ruhuna kənddə, babanın ocağında işıqlar yansın. Qardaşının məzarını düzəlt". (Axşam.az)

 

Milli.Az