Xəstəxanada ölən 20 yaşlı Dəryanın GÖRÜNTÜLƏRİ

11 İyun 2025 16:16

Xəbər verdiyimiz kimi, Bakıda 20 yaşlı Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə çatdırıldığı xəstəxanada vəfat edib. Onun qarpızdan zəhərləndiyi iddia olunurdu. 

Milli.Az xəbər verir ki, gənc qızın hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşdiyi bildirilmişdi.

Sözügedən Dəryanın həyatının müxtəlif anlarını əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

Hüseyn
Milli.Az