Əlikramın itkin düşən qardaşı oğlu tapıldı

13 İyun 2025 19:42

Ötən ay itkin düşən müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov tapılıb.

Milli.A axşam.az-a istinala xəbər verir ki, itkin kimi axtarışı elan olunan Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. 

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, R.Bayramov mayın 7-si Biləsuvardan Bakıya gəlib, ayın 8-dən isə ondan xəbər alınmamışdı.

------

11 iyun 2025

Müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov itkin düşdüyü xəbəri yayılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişinə müarciət edən atası məlumat verib.

"Türkiyədə xarici gəmidə işləyirdi. Sənəd düzəltmək üçün evdən çıxıb. 2-3 saatdan sonra telefonuna zəng çatmadı. Polisə müraciət etmişik".

Qeyd edək ki, Rahid mayın 7-də Biləsuvardan çıxıb və bundan sonra onun telefonuna zəng çatmayıb:

Milli.Az