Bakıda “moyka” faciəsi - Ölən var

11 İyun 2025 11:23

Dünən paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Əliyev Emin Ramin oğlu avtoyuyucu işlədiyi 7-ci mikrorayon Abay Kunanbayev küçəsində yerləşən avtoyuma məntəqəsində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az