Türk filmlərinin ulduzu vəfat etdi - FOTO

11 İyun 2025 11:14

Türk kinosunun sevilən simalarından biri, "Yumurcak" filmlərindəki Çitlenbik obrazı ilə tanınan İhsan Küçüktepe vəfat edib.

Milil.Az xəbər verir ki, 63 yaşlı aktyorun ölüm xəbəri "Film-San" tərəfindən sosial mediada paylaşılıb:

"Aktyor İhsan Küçüktepeyə (Çitlenbik) Allahdan rəhmət diləyir, ailəsinə və sevənlərinə başsağlığı veririk" .

Qeyd edək ki, Afrika əsilli türk aktyor İhsan Küçüktəpə 1970-ci illərdə "Yumurcak" serialında canlandırdığı Çitlenbik obrazı ilə böyük populyarlıq qazanmışdı. Küçə uşağını canlandırdığı bu obraz həm səmimiyyəti, həm də sədaqəti ilə tamaşaçıların qəlbini fəth etmişdi.

2000-ci illərdə "Cənnət Mahallesi" və "Arka Sokaklar" kimi seriallarda qonaq rollarda çıxış edən aktyor son illər ekranlardan uzaq, daha sakit bir həyat tərzi seçmişdi.

Fidan
Milli.Az