Suriyada bu gecə divarlardan qan damdı - YENİLƏNİB

21 İyul 2012 11:42
11:42

Suriyanın Hums Hama, İdlib və Dəməşq şəhərlərində hökumət qüvvələri ilə Azad Suriya Ordusu arasında baş verən toqquşmalarda 206 nəfər qətlə yetirilib. Trend-in məlumatına görə, bu haqda "Əl Cəzirə" telekanalı məlumat verib. Ölənlər arasında çoxlu sayda dinc vətəndaşın olduğu bildirilir.

Ölkənin Hums şəhərində isə cəza evlərinin birinin rəisinin müxalifət tərəfinə keçməsindən sonra altı min siyasi məhbusun sərbəst buraxıldığı bildirilir.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb.
Təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.

-----------
10:31

APA-nın məlumatına görə, müxalifətin nümayişinin ardınca başlayan atışma 18 nəfərin ölümü ilə nəticələnib.

Qeyri-rəsmi mənbələr 64 nəfərin öldüyünü bildirirlər.

Suriya hərbçiləri Meydan və Qədəm rayonlarını azad etdikdən sonra paytaxt Dəməşqdə bir qədər sakitlik əldə olunub. Lakin Kabun, Berzi, Cubar və Şaqur rayonlarında atışma davam edir. Hərbi əməliyyatlar nəticəsində Dəməşqin ucqarlarında kommunikasiya xətləri sıradan çıxıb, elektrik xətləri kəsilib.

Milli.Az