Paltar asmaq istədi - 3-cü mərtəbədən yıxıldı

10 İyun 2025 21:26

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

Milli.Az xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb. 

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb. 

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Milli.Az