Bu il "PAŞA Bank"ın "Şuşa" filialı istifadəyə veriləcək.
Milli.Az xəbər verir ki, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Bu il ərzində "Şuşa" filialı və Ağdam şəhərində nümayəndəliyimizi açmağı planlaşdırırıq", - deyə C.Quliyev qeyd edib.
"PAŞA Bank" 2024-cü ili 214,535 milyon manat xalis mənfəət ilə başa vurub.
Bank 2023-ci ili 271,551 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2023-cü illə müqayisədə 2024-cü ildə 21% və ya 57,016 milyon manat azalıb.
31 dekabr 2024-cü il tarixində "PAŞA Bank" 8,247 milyard cəmi aktivlərə malik olub. Müştərilərə verilmiş kreditlərin həcmi 3,361 milyard manat təşkil edib.
31 Dekabr 2023-ci il tarixində isə "PAŞA Bank"ın aktivləri 8,623 milyard manata bərabər olub. Müştərilərə verilmiş kreditlərin həcmi isə 2,842 milyard manat təşkil edib. Beləliklə, ötən il "PAŞA Bank"ın cəmi aktivləri 4,3% və ya 374,600 milyon manat azalıb, o cümlədən müştərilərə verilmiş kreditlərin həcmi isə 18,2% və yaxud 518,446 milyon manat artıb.
Milli.Az