Elşad Xose buna görə qocalmır

10 İyun 2025 11:00

Reper Elşad Xose etiraf ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, cavan qalma sirini bölüşüb.

46 yaşlı reper bu yolla formada qalırmış:

"Çox güman ki, bu, genetikanın faktorudur. Ancaq digər qaydalara da əməl etməyə çalışıram. Qidaya fikir vermək, səhərlər təmiz havada gəzmək, rejimə əməl etmək -  bunlara yer ayırmaq lazımdır. Bilmirəm buna yaxşı demək olar, ya yox, amma özümə yaxşı baxmağa səy göstərirəm.

Sözün açığı xüsusi məhdudiyyətlərim yoxdur. Çalışıram ki, nə olur, olsun gecə 3-dən gün çıxana kimi oyaq qalam. Dindarlar ona sülh namazı deyir. O ərəfəni yatmamağa çalışıram".

Musa
Milli.Az