UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu

10 İyun 2025 00:41

Millətlər Liqasının finalında İspaniyanı penaltilər seriyasında məğlub edən Portuqaliya kubokun sahibi olub.

Milli.Az xəbər verir ki, həlledici matçın ən yaxşı futbolçusunun adı da açıqlanıb.

Mükafatı Portuqaliya millisinin cinah müdafiəçisi Nuno Mendeş qazanıb. 120 dəqiqə meydanda olan gənc futbolçu bir qol vurmağı bacarıb.

Qeyd edək ki, Mendeş hazırda PSJ-nin üzvüdür.

 

Milli.Az