İranda partlayış - 1 nəfər ölüb, 7 nəfər yaralanıb

9 İyun 2025 22:20

İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.

Milli.Az xəbər verir ki, "Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.

Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib.

Milli.Az