“BakuBus” avtobusu qəzaya düşdü - meyvələr yola dağıldı - FOTO

9 İyun 2025 13:20

İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  O.Şabanov küçəsində "BakuBus"a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla "Ford Transit" markalı yük avtomobili toqquşub. 

Qəza nəticəsində "Ford"da daşınan meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə nəticəsində xəsarət alan və ya ölən olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az