"Buna görə 20 milyard avro itirdik"

9 İyun 2025 15:33

Rusiya əleyhinə sanksiyalar Macarıstanı və bütün Avropanı məhv edir. Sanksiyalara görə üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün əhəmiyyətli məbləğdir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Fransa mediasına müsahibəsində deyib.

O, həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Macarıstana səfər etmək qərarına gəlsə, ölkə onu layiqincə qəbul edəcək.

Milli.Az