"Mançester Yunayted" futbol klubu deyil"

9 İyun 2025 10:43

"İngiltərənin "Mançester Yunayted" komandası futbol klubu deyil".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "qırmızı şeytanlar"ın niderlandlı keçmiş baş məşqçisi Lui van Qal deyib.

Onun fikrincə, "Mançester Yunayted" daha çox kommersiya klubu kimi görünür:

"Məşqçi komandaya hansı oyunçuların gələcəyinə qərar verməyəndə həmişə çətin olur. Düşünürəm ki, məşqçi oyunçuları seçəndə komanda onun rəhbərliyi altında nəticə verməsə, onu qovmaq olar.

Amma başqaları oyunçuları alanda sizin probleminiz yaranır: məşqçinin biliyi və anlayışı lazımdır, çünki o bu oyunçuları məşq etdirəcək".

Milli.Az