Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Monakoya dövlət səfəri zamanı uyğun olmayan ayaqqabı seçib.
Milli.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində bildirib.
"Dövlət səfəri üçün bu idman ayaqqabısından daha uyğun bir şey tapa bilmədin, Bricit?", - deyə o qeyd edib.
Filippo həmçinin Fransanın birinci xanımının şahzadə Şarlinlə hovuzun kənarında gəzdiyini göstərən videonu yayımlayıb.
Bricit Makron orada ağ idman ayaqqabısındadır.(teleqraf.az)
Milli.Az