Millətlər Liqasının qalibi bəlli oldu

9 İyun 2025 09:00

UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  turnirin final oyununda İspaniya və Portuqaliya milliləri üz-üzə gəliblər. Əsas vaxtı 2:2 hesabı il yekunlaşan matçda əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyası keçirilib. Burada daha dəqiq oynayan Portuqaliya yığması 2-ci dəfə turnirin qalibi adına layiq görülüb.

Qeyd edək ki, 3-cü yer uğrunda baş tutan qarşılaşmada Fransa yığması Almaniya üzərində 2:0 hesablı qələbə qazanıb.

UEFA Millətlər Liqası

Final

23:00 İspaniya - Portuqaliya 2:2 (Əlavə vaxt 2:2) (Penaltilər seriyası 3:5)

Qollar: M.Zubimendi,21, M.Oyarzabal,45 - N.Mendes,26, K.Ronaldo,61

Milli.Az