"İki Yaka Bir İsmail" serialı dayandırıldı
21 İyul 2012 11:38
Həmin ssenari əsasında çəkilən serial da ATV telekanalında nümayiş olunurdu.
Lakin indi telekanal rəhbərliyi qəfil qərar qəbul edərək serialın nümayişini dayandırmaq fikrinə gəlib.
Milli.Az "Milliyet"ə istinadən bildirir ki, Erdal Özyağçılar serialın yeni seriyalarının çəkilişinə hazırlaşarkən ATV rəhbərliyi "İki Yaka Bir İsmail"i çəkən "Adam Film" studiyasına "Seriala ehtiyac yoxdur, nümayişi dayandırdıq" açıqlaması yollayıb.
Serial biri türk, biri yunan iki arvadı olan İsmayıl adlı türk balıqçıdan bəhs edildi.
ATV telekanalından verilən məlumata görə, "İki Yaka Bir İsmail"in nümayişinin dayandırılması serialın reytinqinin çox aşağı olması ilə bağlıdır.
Milli.Az