Spaletti istefaya göndərildi

8 İyun 2025 21:22

İtaliya millisinin baş məşqçisi Luçano Spaletti vəzifəsindən uzaqlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, 66 yaşlı mütəxəssis DÇ-2026-nın seçmə mərhələsində Norveçə məğlubiyyətə (0:3) görə istefaya göndərilib.

Xatırladaq ki, Spaletti 2023-cü ilin yayından İtaliya millisini çalışdırırdı.

 

Milli.Az