Leyla Şıxlinskaya illər sonra - tanımaq olmur - VİDEO

8 İyun 2025 19:53

Xalq artisti Leyla Şıxlinskayanın yeni görüntüsü yayılıb. 

Milli.Az xəbər verir ki, videonu Əməkdar artist Nailə İslamzadə sosial şəbəkədə paylaşıb. O bildirib ki, L.Şıxlinskaya onun İTV-də yayımlanan proqramında qonaq olub. 

N.İslamzadə videoya "Kinomuzun Gülçöhrəsi, Əsməri Leyla Şıxlinskaya ilə çoxdan görüşmürdük, "Ötən günlər" in növbəti buraxılışında görüşdük. Mən ona, o da mənə məəttəl qaldıq... Nəyə? Onu yazmıram. Sadəcə deyirəm ki, ruhunuzu yüksək tutun, dostlar" sözlərini yazıb. (Qaynarinfo)

Milli.Az