"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"

8 İyun 2025 17:30

Aparıcı Şəhriyar Əbilov şəxsi həyatından danışıb.

Milli.Az xəbər verir ki, "Full şou" verilişində qonaq olan Şəhriyar bir daha evlənməyəcəyini bildirib:

"Bundan sonra evlənməyi düşünmürəm. Amma həyatdır, ola bilər ki, kiminləsə münasibətim olsun. İndi heç kim yoxdur. Amma olsaydı, maraqlı olardı. Hazırda kriteriyalarım da yoxdur, bunu eləmərəm sözünü artıq tərgitmişəm. Eləmərəm dediklərim həmişə başıma gəlib. Ona görə də o sözü heç vaxt demirəm. Amma bir şeyi bilirəm ki, həyatımda maraqlı insanlar indi çoxdur. Haçansa o maraqlı insan gələrsə, onunla bir ömür yaşayaram. Amma evlənmərəm, belə şeylər lazım deyil". /Axşam.az 

Milli.Az