"Almaniya Silahlı Qüvvələri (Bundesver) Rusiya ilə münaqişəyə hazır olmaq üçün 2028-ci ilə qədər yenidən silahlanmalıdır".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu "Tagesspiegel" nəşrinə müsahibəsində Bundesverin Satınalmalar İdarəsinin rəhbəri Annet Lönik-Emden deyib.
Onun sözlərinə görə, 2028-ci ilə qədər tam müdafiə hazırlığı üçün zəruri olan hər şey alınmalıdır.
Lönik-Emden iddia edir ki, Rusiya 2029-cu ilə qədər NATO ölkələrinə hücum edə bilər və ya bunu etməyə hazır olacaq.
Milli.Az