Maskın atası Moskvaya getdi

8 İyun 2025 10:04

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask "Gələcəyin Forumu 2050"də iştirak etmək üçün Rusiyaya səfər edib.

Milli.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.

E.Mask qəzetə müsahibəsində ABŞ Prezidenti Donald Trampla münaqişəyə başlayan oğlunun səhv hərəkət etdiyini deyib.

"Tramp qalib prezidentdir. İlon səhv edib, məncə, o, yorğundur, stress keçirib. Beş aylıq fasiləsiz stress", - Errol Mask "İzvestiya"ya deyib. Onun sözlərinə görə, münaqişənin o qədər də əhəmiyyəti yoxdur və tezliklə bitəcək. "2050 Gələcək Forumu" saytının məlumatına görə, o, tədbirdə məruzəçi kimi də qeyd olunub. /Teleqraf

Milli.Az