Usman Dembele klublararası dünya çempionatının startını buraxacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, PSJ və Fransa millisinin cinah oyunçusu Millətlər Liqasının yarımfinalında İspaniya ilə oyunda (4:5) bud əzələsindən zədələnib.
RMC Sportun məlumatına görə, futbolçunun bərpası 2-3 həftə çəkəcək. O, 14 iyunda start götürəcək klublararası dünya çempionatının qrup mərhələsini buraxacaq, amma parislilər qrupdan çıxa bilsə, pley-off oyunlarında iştirak edə bilər.
Milli.Az