Prezident və nazirin hücum etdiyi Maskdan qəribə PAYLAŞIM

8 İyun 2025 12:00

ABŞ-nin maliyyə naziri Skot Bessentlə davada qançır aldığı deyilən amerikalı milyarder İlon Mask prezident Donald Trampla qarşıdurma şəraitində "X" sosial şəbəkəsindəki səhifəsində anlaşılmaz paylaşıb edib.

Milli.Az xəbər verir ki, o, paylaşımında yazıb: "Çox güman ki, ən maraqlı nəticədir".

ABŞ-nin hazırkı administrasiyasındakı postunu tərk etdikdən sonra biznesmenin Trampla açıq şəkildə fikir ayrılığı yaranıb. Milyarder özünün "X" sosial şəbəkəsində Ağ Evin təklif etdiyi büdcə qanun layihəsini tənqid edib.

Mask federal büdcə kəsirinin artırılması ilə razılaşmayıb. Bundan sonra Ağ Evin lideri tərəfindən mənəvi hücuma məruz qalıb.

Britaniyanın "Daily Mail" qəzeti isə bildirib ki, Mask ABŞ-nin maliyyə naziri Skot Bessentlə davada qançır alıb. Maliyyə naziri milyarderi büdcəni azaltmaq vədini yerinə yetirməməkdə günahlandırıb, bundan sonra Mask onu itələyib.

Məhz bu hadisədən sonra Maskın gözünün altında qançır yarandığı bildirilib.

Bu arada sonuncu açıqlamasında Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nəticələrlə üzləşəcək.

Münaqişələrin fonunda artıq "NASA" və Pentaqon rəsmiləri astronavtları və yükləri Beynəlxalq Kosmik Stansiyaya çatdırmaq və orbitə hərbi peyklər çıxarmaq üçün "SpaceX"in raket və kosmik gəmilərinin mümkün əvəzedicilərini axtarırlar. /"Report"

Milli.Az