Məşhur tiktoker ABŞ-da SAXLANILDI

8 İyun 2025 10:20

ABŞ Miqrasiya Xidməti dünyanın ən məşhur "TikToker"i Xabi Leym Las-Veqas hava limanında vizası bitdiyinə görə saxlayıb.

Milli.Az xəbər verir ki, bu haqda "France Presse" məlumat yayıb.

Məlumata görə o saxlanıldığı gün azadlığa buraxılıb, sonra isə könüllü olaraq ölkəni tərk edib.

Qeyd edək ki, Leym UNICEF-in xoşməramlı səfiri və 162 milyondan çox abunəçisi olan ən məşhur "TikTok" bloggeridir. /Lent.az

Milli.Az