Almaniyanın Münxen şəhərində 30 yaşlı qadın bıçaqla insanlara hücum edib.
Hadisə 7 iyun axşam saatlarında Theresienwiese ərazisində baş verib. Qadın bir neçə şəxsi yaralayıb.
Polis hadisəyə müdaxilə edərək onu vurmaq məcburiyyətində qalıb. Hücum edən qadın xəstəxanada ölüb.
Hücumun səbəbi hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Passau şəhərində kişi avtomobilini insanların üzərinə sürərək beş nəfərin xəsarət almasına səbəb olmuşdu. Həmin sürücü polis tərəfindən saxlanılıb və ilkin araşdırmalara görə, hadisənin ailədaxili münaqişə ilə bağlı olduğu bildirilir.
İsmayıl
Milli.Az