Ağdamda qonaq gələn şəxs içkili vəziyyətdə yüksək gərginlikli elektrik dirəyinə çıxıb.
Hadisə rayonun İmamqlubəyli qəsəbəsi ərazisində baş verib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə səbəbindən qəsəbənin işıqları söndürülüb. Elektrik dirəyinə çıxan şəxs bir müddət sonra xəsarətsiz olaraq düşürülüb.
Qəsəbədə elektrik enerjisində yaranan fasilə bərpa edilib. (qafqazinfo)
Milli.Az