"Kişi ilə tanış oluram, birinin manikürü yox, o biri xoruldayır"

8 İyun 2025 16:51

"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynova açıqlaması maraq yaradıb.

Milli.Az xəbər verir ki, kişilərdən danışan qalmaqallı model ailə qurmaması mövzusuna toxunub.

"Evdə qalmaq sözünü sevmirəm. İnsan yarını tapmamış ola bilər. Mən sadəcə yarımı tapmamışam. Hansısa kişi ilə tanış olub, oturanda onun manikuruna baxıram. Mütləq təmizlik olmalıdır. Birinin qarnı var, eləsi var xoruldayır. Ona görə də tək qalıram.  Mənim zövqümdə kişi sarışın, göy göz, qarın əzələləri - pressləri olmalıdır. Baxımlı, mərhəmətli, xeyriyyəçi olmalıdır. Özü yeməyib, qarşısındakına verən insan olmalıdır. Elə bir insan istəyirəm.

Pulu çox olmaq yaxşı anlayış deyil. İnsan var ki, az pulu olar, ağılı ilə gələcəkdə böyük yerlərə gələ bilər. Bu gün qeyri-düzgün yollarla var-dövləti olan bir gündə onu itirə bilər".

Musa
Milli.Az