Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz verib.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, Əməkdar jurnalist, "Üç nöqtə" qəzetinin baş redaktoru, "Səni axtarıram" layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.
Bildirək ki, X.Baxşəliyevanın anası Ofeliya xanım da bir neçə həftə bundan əvvəl dünyasını dəyişmişdi
Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Milli.Az