Zelenski yaxın günlərdə Trampla görüşə bilər

6 İyun 2025 22:00

Ukrayna Prezidenti Volodimir Zelenski iyun ayında Kanadada keçiriləcək G7 sammiti çərçivəsində ABŞ-nin prezidenti Donald Trampla görüşməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Zelenskinin ofis rəhbəri Andrey Yermak açıqlama verib.

Yermakın sözlərinə görə son zamanlar ABŞ-yə edilən səfərlər zamanı Tramp tərəfi ilə əlaqələr qurulub və G7 sammiti çərçivəsində görüş imkanları müzakirə olunub. O bildirib ki, bu məsələ üzərində iş aparılır və hər iki tərəf belə bir görüşün mümkünlüyünü nəzərdən keçirir.

G7 sammiti 15-17 iyun tarixlərində Kanadanın Alberta əyalətində yerləşən Kananaskis şəhərində keçiriləcək.

Milli.Az