Maskla "arası dəyən" Tramp "Tesla"sını satmaq istəyir

6 İyun 2025 22:29

ABŞ-nin prezidenti Donald Tramp Tesla markalı avtomobilini satmaq və ya bağışlamaq niyyətindədir.

Milli.Az bildirir ki, bu qərar onun Elon Maskla münasibətlərindəki gərginlikdən sonra verilib.

Trampın sözügedən Tesla Model S avtomobilini 2025-ci ilin mart ayında Ağ Evdə keçirilən tədbirdə aldığı bildirilir. Avtomobilin dəyəri təxminən 80 min ABŞ dolları civarındadır. Lakin son aylarda Tramp və Tesla-nın təsisçisi Elon Mask arasında yaşanan siyasi və şəxsi fikir ayrılıqları səbəbindən Tramp artıq bu nəqliyyat vasitəsindən imtina etmək istəyir.

Amerika mediasının yazdığına görə Tramp avtomobili ya satışa çıxaracaq, ya da bağışlayacaq. O, Maskı dəfələrlə tənqid edib və dövlət subsidiyalarının Tesla kimi şirkətlərə verilməsinin əleyhinə olduğunu bildirib. Elon Mask isə cavab olaraq Trampın bəzi siyasətlərinə qarşı çıxıb və ictimai platformalarda sərt açıqlamalar verib.

Milli.Az