Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etdi

6 İyun 2025 19:44

Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycanı və xalqımızı Qurban bayramı münasibətilə rəsmi şəkildə təbrik edib.

Milli.Az xəbər verir ki, o, bu barədə 6 iyun 2025-ci ildə şəxsi "X" (əvvəlki Twitter) hesabında paylaşım edib. Paşinyan bildirib:

"Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram."

Bu, Ermənistan hökumət başçısının Azərbaycanla bağlı sosial şəbəkə üzərindən yayımladığı ilk bayram təbriki kimi tarixə düşüb.

Milli.Az