Hollivudun məşhur aktyoru Tom Kruz yenidən qeyri-adi cəsarəti ilə gündəmdədir.
Milli.Az xəbər verir ki, 63 yaşlı ulduzun adı bu dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb - həm də olduqca ekstremal səbəblə.
Aktyor, "Qeyri-mümkün missiya: Final hesab" ("Mission: Impossible- Dead Reckoning") filminin çəkilişləri zamanı yanan paraşütlə tam 16 dəfə tullanaraq bu sahədə dünyada ən çox tullanış edən insan kimi tarixə keçib. Bu möhtəşəm göstərici ilə o, "Yanan paraşütlə ən çox tullanma" rekordunu rəsmi şəkildə öz adına yazdırıb.
Tom Kruz kaskadyor səhnələrini özü ifa etməsi ilə məşhurdur və bu rekord bir daha onun fiziki hazırlığına, qorxusuzluğuna və peşəkarlığına sübutdur. Qeyd edək ki, aktyor bu səhnəni çəkərkən heç bir dublordan istifadə etməyib və təhlükəyə baxmayaraq, hər tullanışı özü icra edib.
Kruzun bu addımı, sadəcə kino tarixində deyil, eyni zamanda ekstremal idman və təhlükəli kaskadyorluq sahəsində də yeni səhifə açıb.
Kənan
Milli.Az