İki azyaşlı Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - YENİLƏNİB - AÇIQLAMA

6 İyun 2025 13:30

13:36

Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

12:30

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Syunik (Zəngəzur) vilayətinin iki azyaşlı sakininin azaraq Azərbaycan ərazisinə keçdiyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə "Caliber" erməni KİV-lərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki,Teğ (Dig - red.) icmasının sakinləri - Karen Armenoviç Canqiryan (27.06.2007 təvəllüdlü) və Andrey Armenoviç Qyagunts (13.01.2008 təvəllüdlü) 2025-ci il iyunun 6-sı 01:20 radələrində Aravus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə keçiblər.

Bəyanatda qeyd olunub ki, azyaşlıların yerinin müəyyənləşdirilməsi və onların geri qaytarılması üçün bütün zəruri tədbirlər görülür.

Milli.Az