Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

6 İyun 2025 13:00

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki,dünən polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 2 tapança, 2 qumbara, 3 tüfəng, 1 patron darağı və 101 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Milli.Az