QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”

6 İyun 2025 18:01

Dünyanın bəzi bölgələrində müsəlmanlar arasında iğtişaşlar baş versə də, Azərbaycanda dinlər və məzhəblər arasında heç bir qarşıdurma müşahidə olunmur.

Milli.Az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının konfransında İslamdaxili münasibətlərin düzgün tənzimlənməsi ilə bağlı qərar qəbul olunub və bu məsələdə Azərbaycanın təcrübəsi nümunə kimi göstərilib.

"Konfransda qəbul edilən bəyannamə yaxın vaxtlarda dərc olunacaq. Növbəti konfrans isə gələn il Azərbaycanda keçiriləcək. Dövlət başçısının siyasəti nəticəsində ölkəmizdə dinlərarası qarşıdurma yoxdur", - deyə Paşazadə vurğulayıb.

Asya
Milli.Az