Fransalı nazirdən qeyri-etik hərəkət – VİDEO

6 İyun 2025 19:19

Fransanın dövlət büdcəsi üzrə naziri Ameli de Monşalenin parlamentdə qeydə alınan görüntüləri ölkə ictimaiyyətində və sosial şəbəkələrdə ciddi tənqid və narazılıqla qarşılanıb.

Görüntülərdə nazir sənədləri incələdiyi vaxt qəfil burnunu qarışdırmağa başlayır. Daha sonra isə həmin barmağını ağzına aparır. Hadisənin parlament binasında baş verdiyi ehtimal edilir. Sosial şəbəkələrdə sürətlə yayılan video ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəni həm qınayıb, həm də məsxərəyə qoyublar.

Sözügedən video Fransada siyasətçilərin davranışlarının nə dərəcədə ciddiyə alındığını və ictimai rəyə təsirini bir daha gündəmə gətirib.

Milli.Az