Dünya çempionatında daha bir komanda - tarixdə ilk dəfə

5 İyun 2025 22:10

2026-cı ildə keçiriləcək Dünya Kubokuna daha bir ölkə vəsiqə əldə edib. 

Milli.Az xəbər verir ki, Asiya üzrə DÇ-2026-nın seçmə mərhələsində Özbəkistan milli komandası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə 0:0 hesablı heç-heçə edib. A qrupunda son 1 tur qalmış xallarının sayını 18-ə çatdıran özbəklər tarixdə ilk dəfə Dünya Kubokunda iştirak hüququ qazanıblar.

Bununla da, 2026-cı il 11 iyun - 19 iyul arasında baş tutacaq mundialda iştirak edəcək klubların sayı 8-ə çatıb. Turnirdə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanada yığmaları birbaşa ev sahibləri olaraq qatılacaqlar. Vəsiqəni təmin edən digər komandalar isə Yaponiya, Yeni Zelandiya, İran və Argentinadır.  (Offsideplus.az)

Milli.Az