Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq - XƏBƏRDARLIQ

5 İyun 2025 15:30

Bakı və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

Milli.Az